Mağaza Haqqında
Biz kimik?
Biz, smartfon, kompüter və avtomobiliniz üçün ən lazımlı, keyfiyyətli və funksional aksesuarları bir araya gətirən onlayn platformayıq. Məqsədimiz hər kəsin gündəlik istifadə etdiyi kabel, qulaqlıq, telefon qabları, anti-udar, vinil, powerbank və digər texnoloji qadjetləri mağaza-mağaza gəzmədən, cəmi bir neçə kliklə və sərfəli qiymətə əldə etməsini təmin etməkdir.
Niyə biz?
- Doğru Seçim: Satışda olan hər bir məhsul (telefon qablarından tutmuş klaviaturalara qədər) keyfiyyət və dayanıqlılıq testindən keçdikdən sonra sizə təqdim olunur.
- Sürət və Rahatlıq: Fiziki mağazaya gedib vaxt itirməyə ehtiyac yoxdur. İstədiyiniz aksesuarı seçirsiniz, biz isə onu birbaşa sizə yaxın nöqtəyə çatdırırıq.
- Daimi Dəstək: Satışdan sonra da sizinləyik. Sifarişinizlə bağlı hər hansı sualınız yaranarsa, bizə bir mesaj yazmağınız kifayətdir.
📦 Çatdırılma Şərtləri
Onlayn mağazamızdan verdiyiniz sifarişlər ən qısa zamanda qablaşdırılır və sizə çatdırılır:
- Bakı və Sumqayıt daxili çatdırılma: Sifarişiniz növündən və ünvanınızdan asılı olaraq 1-2 gün ərzində poçt vasitəsilə və ya təyin olunmuş ortaq nöqtələrə kuryer vasitəsi ilə (Avtovağzal, 20 yanvar və 28 may metrostansiyalarına) çatdırılır. Sumqayıt daxili çatdırılma ödənişsizdir. Sumqayıt ətrafı və Bakı inzibati ərazisinə və digər rayonlara çatdırılma qiymətləri haqqında məlumat ödəniş zamanı məlumat veriləcəkdir.
- Bölgələrə çatdırılma: Rayonlara sifarişlər poçt və ya rayon taksiləri (nəqliyyat qovşaqları) vasitəsilə göndərilir.
Qeyd: Sifariş təsdiqlənərkən kuryer və ya menecerimiz çatdırılma vaxtı və qiyməti barədə sizə ətraflı məlumat verəcək.
🔄 Geri Qaytarma və Dəyişdirmə
Müştərilərimizin məmnuniyyəti və bizə olan güvəni hər şeydən üstündür. Aldığınız məhsulda hər hansı problem olarsa, narahatlığa əsas yoxdur:
- Zavod defekti və ya nasazlıq: Əgər aldığınız aksesuarda (məsələn, kabel, powerbank, klaviatura və s.) hər hansı istehsalat qüsuru (defekt) aşkarlanarsa, məhsulu 3 və ya 7 gün ərzində tamamilə yenisi ilə dəyişdiririk və ya geri ödəniş edirik.
- Şərtlər: Geri qaytarılan və ya dəyişdirilən məhsulun qablaşdırması (karobkası) zədələnməməli, məhsulun özündə istifadə zamanı yaranan cızıqlar və fiziki sınıqlar olmamalıdır. (Anti-udar və vinil kimi birdəfəlik yapışdırılan məhsullar qoruyucu təbəqəsi söküldükdən sonra geri qaytarılmır).
- Zəmanət Talonı: Məhsul müştəriyə zəmanət talonu ilə birgə təqdim edilir və zəmanət talonu olmadan məhsul geri qaytarılmır və ya dəyişdirilmir. Zəmanət və Geri qaytarma şərtləri haqqında daha ətraflı məlumat məhsul ilə birgə gələn zəmanət talonunun arxa hissəsində qeyd edilmişdir.
📞 Problem yarandıqda kiminlə əlaqə saxlamalı?
Sifarişinizdə hər hansı bir problem, gecikmə və ya məhsulda qüsur görsəniz, birbaşa bizimlə əlaqə saxlayın. Sizə kömək etməkdən məmnun olarıq:
- WhatsApp Dəstək xətti: +994 70 390 02 05
- Instagram: @bluaks.az